Amerikalı bacılardan Azərbaycana aid maraqlı paylaşım

Day.Az представляет новость на азербайджанском языке

Amerikalı musiqiçi Kendra Moriah öz bacısı Aleksi ilə birlikdə sosial şəbəkədə Azərbaycana aid paylaşım edib.

Oxu.Az xəbər verir ki, o, bacısını izləyicilərinə təqdim edib və onun Azərbaycan yeməkləri hazırladığını bildirib. Aleksi toyuqlu plov, "Çoban" və "Paytaxt" salatları hazırladığını söyləyib.

Onların hər ikisi Azərbaycan dilində danışıblar.

Qeyd edək ki, K.Moriah Texasda doğulub. Anası Floridadan, atası isə Kaliforniyadandır.  O, 14 il ailəsi ilə birlikdə Azərbaycanda yaşayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.