Bakıda minik avtomobili motosikletlə toqquşdu: ölən var

Day.Az представляет новость на азербайджанском языке

Bakıda minik avtomobili motosikletlə toqquşub.

Day.Az DİN-ə istinadən xəbər verir ki, avqustun 18-də saat 19 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Vahid İmranovun idarə etdiyi "UAZ" markalı avtomobillə 25-30 yaşlı kişinin idarə etdiyi motosiklet toqquşub.

Xəstəxanaya yerləşdirilən motosikletin sürücüsü orada ölüb.
Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.