"Toyota" dərəyə aşdı: 2 nəfər ödü

Day.Az представляет новость на азербайджанском языке

----------
17:18

Lerikdə baş verən ağır avtoqəzada xəsarət alanların kimliyi məlum olub.

APA-nın verdiyi məlumata görə, onlar Rusiyanın Xabarovsk şəhərinin sakini, 1980-cı il təvəllüdlü İrina Suvorova Yuriyevna və Lənkəranın Biryan kənd sakini, 1968-ci il təvəllüdlü Tağı Maşallah oğlu Tağızadədir. Onların vəziyyətinin qənaətbəxş olduğu deyilir.

---------
16:35

Lerikdə baş verən avtoqəzada iki nəfər ölüb, iki nəfər xəsarət alıb.

APA-nın verdiyi məlumata görə, ölənlərdən biri qadındır. Hadisədə xəsarət alan iki nəfər  Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda zərərçəkənlərin kimliyi müəyyənləşdirilir. İlkin məlumata görə,qəzaya uğrayanlardan ikisi Lənkəran sakini, digər ikisi Rusiya vətəndaşıdır.

---------
16:15

Lerikdə avtomobil dərəyə aşıb, ölən var.

APA-nın verdiyi məlumata görə, Lənkəran-Lerik yolunun 24-cü km-də "Toyota" markalı minik avtomobili idarəetmədən çıxaraq, aşıb.

Nəticədə avtomaşında olan sərnişin hadisə yerində ölüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.