Bakıda torpağın qiyməti aşağı düşüb

Day.Az представляет новость на азербайджанском языке

İyul ayı ərzində daşınmaz əmlak bazarında bütün sahələr üzrə qiymətlər aşağı düşüb.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspertNüsrət İbrahimov Trend-ə deyib ki, torpaq bazarında qiymətlərdə ay ərzində 1.46 faiz azalma, il ərzində isə 5.2 faiz artım olub.

Onun sözlərinə görə, kommersiya obyektləri bazarında azalma ay ərzində 6.89 faiz, il ərzində isə 17.48 faiz təşkil edib.

 

N.İbrahimov bildirib ki, qiymətlərdə azalmanı yay mövsümü ilə əlaqələndirmək olar. Onun sözlərinə görə, yay ayları olduğundan daşınmaz əmlak bazarında aktivlik xeyli aşağı düşüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.