Azərbaycanda çayların vəziyyəti açıqlanıb

Day.Az представляет новость на азербайджанском языке

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.

Day.Az bildirir ki, Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında 30-60 və Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Avqustun 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 79 m3/s olmaqla ongünlük normanın 59 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 95 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 11.0 m3/s olmaqla, ongünlük normanın 16 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 39.0 m3/s təşkil edərək ongünlük normanın 58 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində isə əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra və Araz çayının Novruzlu məntəqəsində 1 sm, Bankədə 6 sm azalma, Şirvanda 2 sm artım qeydə alınıb. Salyan məntəqəsində də suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 350 sm (2016-cı il avqustun 18-də 359 sm), Şirvanda 215 sm, Salyanda 138 sm (2016-cı il avqustun 18-də 150 sm), Bankədə 181 sm (2016-cı il avqustun 18-də 188 sm), Araz çayının Novruzlu məntəqəsində isə 64 sm (2016-cı il avqustun 18-də 70 sm) təşkil edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.