Ərdoğandan Almaniyaya: Lazımi dərsi verəcəyik

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə yol ayrıcındadır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dənizlidə mitinqdə çıxışı zamanı deyib.

"Bir tərəfdə 1990-cı illərdəki kimi CHP idarəçiliyi altında olan Türkiyənin yenidən zəif olma ehtimalı var, digər tərəfdən isə AKP-nin davam etdirdiyi güclü Türkiyə seçim qarşısındadır. Bəziləri bizi gələcəyə ümidi olmayan keçmiş Türkiyəyə yönləndirmək istəyir. Biz israrla tək millət, tək vətən, tək bayraq, tək dövlət deyirik", - Ərdoğan bildirib.

Ərdoğan son dövrlər yenidən gərginləşən Almaniya ilə münasibətlərə də toxunub:

"Digərləri də terror qrupları ilə hücuma keçir. Amma bacarmayacaqlar. Onlara lazımi dərsi olduqları yerdə verəcəyik".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.