Ağdaşda 6 otaqlı ev yanıb

Day.Az представляет новость на азербайджанском языке

Ağdaş rayonu, Yuxarı Ləki kəndində yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ağdaş rayonu, Yuxarı Ləki kəndində ümumi sahəsi 400 m2 olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Evə talvar və tövlə yanğından mühafizə olunub.

 

Yanğın saat 17:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.