Cüdoçumuz Azərbaycana ilk qızıl medalı qazandırdı

Day.Az представляет новость на азербайджанском язык

Taypey şəhərində keçirilən tələbələrin Universiadasında cüdo yarışlarına start verilib. Oyunların ilk günü Azərbaycan millisi üçün uğurlu olub. 

Day.Az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən qafqazinfo-ya verilən məlumata görə, ölkəmizi 100 kq çəki dərəcəsində təmsil edən Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək universiadanın qalibi adına layiq görülüb.

Cüdoçumuz Almaniya, Latviya, Bosniya-Herseqovina, Rusiya və Yaponiya idmançılarına qalib gələrək qızıl medal qazanıb.

 

Taypeydə Azərbaycan cüdoçusunun şərəfinə dövlət himnimiz səsləndirilib və üç rəngli bayrağımız qaldırılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.