Rəsul Çunayev dünya çempionatına qələbə ilə başladı

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Fransanın paytaxtı Parisdə güləş üzrə dünya çempionatı start götürür.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, ilk yarış günündə 71, 75, 85 və 98 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulurlar.

İlk görüşdə Azərbaycan idmançılarından 71 kiloqramda Rəsul Çunayev Honduras güləşçisi Jefrin Benito Mejia Sambula ilə qarşılaşacaq.

Digər təmsilçilərimizdən Həsən Əliyev yaponiyalı Şohei Yabiku (75 kq), İslam Abbasov perulu Rikardo Dieqo Kardenas Esquen (85 kq), Orxan Nuriyev isə 98 kiloqramda Kevin Mejia Kastillo (Honduras) ilə güləşəcək.

İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri isə 21:00-da başlayacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.