Azərbaycanlı sürücü “05” ilə Amerikada

Day.Az представляет новость на азербайджанском языке

Bakılı sürücünün "VAZ-2105" markalı avtomobili ABŞ-ın Nyu-York şəhərində kameraların obyektivinə tuş gəlib.

Day.Az avtosfer.az-a istinadən xəbər verir ki, tanınmış avtobloq nuriyev.ws-in yaydığı fotoda maşının restoran önündə park edildiyi əks olunur. Nömrə əvəzinə "I love NY, Baku55" ("Mən Nyu-Yorku sevirəm, Bakı 55"-red.) yazısından bilinir ki, avtomobil azərbaycanlıya məxsusdur.

Lakin bu avtomobilin okeanın o tayına hansı vasitə ilə aparıldığı naməlum qalıb.
Qeyd edək ki, Nyu-York Amerika Birləşmiş Ştatlarının əhali sayına görə ən böyük şəhəridir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.