Dənizdə batan gəncin meyiti tapıldı

Day.Az представляет новость на азербайджанском языке

Dənizdə batan gəncin meyiti tapılıb.

Day.Az FHN-ə istinadən xəbər verir ki, avqustun 20-də Bakı şəhəri, Xəzər rayonunda dənizdə batmış 1994-cü il təvəllüdlü Həsənov Kərim Murad oğlunun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən bu gün tapılaraq sudan çıxarılıb. Gəncin meyiti aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:15-da başa çatıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.