"Marca" "Qarabağ"dan üzr istədi - Mətn dəyişdirildi

Day.Az представляет новость на азербайджанском языке

Dünən İspaniyanın məşhur "Marca" nəşrinin "Qarabağ" haqqında yalan məlumat yaydığı haqqında xəbər vermişdik.

Nəşr Ağdam klubunu Qondarma Dağlıq Qarabağ Respublikasının ərazisi kimi təqdim etmişdi. 

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Marca" artıq yaydığı yalan informasiyaya görə "Qarabağ"dan üzr istəyib. Bu barədə klubdan məlumat veriblər. 

Nəşrdən kluba bildirilib ki, yazılan mətn artıq dəyişdirilib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.