Bankomatlardan pensiyaçıların pulunu oğurlayan şəxs tutuldu

Day.Az представляет новость на азербайджанском языке

Şirvanda pensiyaçıları aldadaraq bankomatlardan pul çəkən 27 yaşlı şəxs saxlanılıb.

Day.Az ARB TV-yə istinadən xəbər verir ki, vətəndaşların müraciəti əsasında Şirvan polisi əməliyyat tədbirləri həyata keçirib.

Məlum olub ki, pensiyaçıların etibarından sui-istifadə edərək onlara məxsus ayrı-ayrılıqda 120 və 222 manatı mənimsəyən şəxs əvvəllər məhkum olunmuş Şirvan sakini, 27 yaşlı Füzuli Nəcəfovdur. 

Saxlanılan şəxs barəsində Şirvan şəhər məhkəməsi 3 ay müddətinə həbs-qətiimkan tədbiri seçib. 

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:

Bankomatlardan pensiyaçıların pulunu oğurlayan şəxs tutuldu

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.