""Kopenhagen" "Qarabağ"ı keçə bilməsə, buna görə cavab verməli olacaq"

Day.Az представляет новость на азербайджанском языке

Danimarka millisinin sabiq futbolçusu Stiq Teftinq "Kopenhagen" - "Qarabağ" oyunu haqqında fikirlərini bildirib.

Day.Az goal.az-a istinadən xəbər verir ki, hazırda yerli televiziyaların birində şərhçi kimi çalışan veteran oyunçu Danimarka klubunun hazırda yaxşı formada olmadığını deyib: "Kopenhagen" çempionatın son matçında üstün oyun nümayiş etdirmədən qələbə qazandı. Artıq mən buna təəccüblənmirəm. Onlar əvvəlki kimi üstün oynamırlar. Bunu komandanın superliqada keçirdiyi 6 oyunda görmək mümkündür".

Teftinq "Kobenhavn"in Ağdam klubu ilə matç barədə də fikirlərini bildirib: "Kopenhagen"in "Qarabağ"la oyunda necə oynayacaqlarını bilmirəm. Komandanın oyununu heç də bəyənmirəm. "Qarabağ"la görüş "Kopenhagen" üçün dönüş nöqtəsi də sayıla bilər. Əgər "Kopenhagen" bu səddi keçə bilməsə, buna cavab verməli olacaqlar".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.