Dənizdə batan şəxs xilas edildi

Day.Az представляет новость на азербайджанском языке

Dənizdə çimərkən batmaq təhlükəsində olan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Day.Az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 18:35-də başa çatıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.