Bu kənddə hər kəs futbol oynayır

Day.Az представляет новость на азербайджанском языке

Yevlaxın Aşağı Qarxun kənd stadionu ötən əsrin 60-cı illərində salınıb.

Day.Az ARB TV-yə istinadən xəbər verir ki, kənd sakinləri stadionu təmiz saxlayıb, futbol oynayır. Elə bir müddət sonra 60 yaşı tamam olacaq Abid dayı kimi.

Sovet dönəmində bu kəndin həvəskar futbolçuları uğurlar qazanır.

Abid Məmmədov (kənd sakini): "365 günün hər şənbə bazarı bu kənddə futbol oynanılır. Bu kənddə futbola maraq olmayan kimsə yoxdur".

Akif Rəhimov (kənd sakini): "Əlimizdən gələni edirik ki, stadion təmiz qalsın. Bizdə futbol ənənəsi atadan oğula keçir".

Kəndin yeniyetmə və gəncləri də ənənəyə sadiq qalaraq futbolu sevir.

Videonu izləmək üçün şəklə klikləyin:

Bu kənddə hər kəs futbol oynayır

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.