Səudiyyədə ötən il rəqs etdi, Məkkədə həbs olundu

Day.Az представляет новость на азербайджанском языке

Səudiyyə Ərəbistanının Ciddə şəhərində dünən 14 yaşlı oğlan həbs olunub. O, ictimai yerdə asayişi pozmaq və tərbiyəsizlik etməkdə suçlanıb.

Day.Az Al Jazeera-ya istinadən bildirir ki, yeniyetmənin suçu ötən ilin iyul ayında Ciddə şəhərinin mərkəzi küçələrindən birində "Makarena"nın sədaları altında rəqs etməsidir.

İşıqforun yanında rəqs edən bu yeniyetmə yolda maşınların dayanmasına və hərəkətə mənaelər yaranmasına səbəb olmuşdu.

Məkkə şəhərinin sakini olan bu 14 yaşlı oğlan evində tutulub.

Videonu izləmək üçün şəklə klikləyin:

Səudiyyədə ötən il rəqs etdi, dünən həbs olundu

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.