"Həmişə olduğu kimi, daha güclü qayıdacam" - Ronaldu

Day.Az представляет новость на азербайджанском языке

İspaniya Superkubokunun "Barselona" ilə keçirilən ilk matçında hakimi itələdiyinə görə 5 oyunluq cəzalandırılan "Real"ın futbolçusu Kriştianu Ronaldunun sanksiyası qüvvədə qalıb.

Day.Az apasport.az-a istinadən xəbər verir ki, Madrid klubu İdman Administrativ Məhkəməsinə şikayət etsə də, onların etirazı qəbul olunmayıb. 

Məsələyə biganə qalmayan Ronaldu bununla bağlı sosial şəbəkədə status paylaşıb: "Növbəti ədalətsiz qərar. Ədalətsizlik heç vaxt mənim üzərimdə üstünlük əldə edə bilməyəcək. Həmişə olduğu kimi, daha güclü qayıdacam. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, Kriştianu Ronaldo 2009-cu ildən "Real"ın formasını geyinir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.