Yəməndə aviazərbə nəticəsində 35 nəfər öldü

Day.Az представляет новость на азербайджанском языке

Səudiyyə Ərəbistanının liderlik etdiyi koalisiyanın Yəmənin paytaxtı Sana şəhərindəki otelə endirdiyi aviazərbə nəticəsində təxminən 35 nəfər ölüb. 

Day.Az APA-a istinadən bildirir ki, bu barədə "RİA Novosti" yerli mənbəyə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, oteldə təxminən 70 nəfər qalırmış. Ölənlərin meyitləri otelin dağıntıları altından çıxarılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.