"İstanbul Başakşehir" komandası "Qarabağ"ı təbrik etdi

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin "İstanbul Başakşehir" komandası Çempionlar Liqasına vəsiqə qazanan "Qarabağ"ı təbrik edib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, İstanbul klubunun sosial şəbəkələrdəki səhifələrində Ağdam təmsilçisinə təbrik statusları paylaşılıb:

"Bu mövsüm Çempionlar Liqasında iki türk komandası yer alacaq. Təbriklər, Qarabağ!"

Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Kopenhagen" komandasına 2:1 hesabı ilə məğlub olsa da, Bakıda ilk oyunda qazanılmış minimal qələbə sayəsində Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.