Xoşqədəm Hüseyn Dərya ilə arxiv FOTOsunu yaydı

Day.Az представляет новость на азербайджанском языке

Aparıcı Xoşqədəm Hidayətqızı arxiv fotosunu paylaşıb.

Day.Az axşam.az-a istinadən bildirir ki, aparıcı 7 il əvvəl lentə alınan şəklinə bunları qeyd edib:

"2010-cu ildə Şəki uşaq evində müəllifi olduğum proqram gözəl bir şənlik təşkil etmişdi. Heç unutmayacam, səhər saat 6-da efirə çıxmalıydıq. Bizim kollektiv hər zaman olduğu kimi saat 5-də telekanala gəldi. Qapının yanında maşında oturan Hüseyn Dəryanı gördüm. O da tədbirə dəvətli idi. Niyə tez gəldiyini soruşdum. Gülərək dedi ki, "Sən dəvət etmisən, bilirəm gecikənləri sevmirsən".

O tədbirdə o qədər gözəl iştirak etdi ki... Ürəyi gözəl insan, Allah sənə rəhmət etsin".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.