Azərbaycanlıların Moskvada tikdiyi körpü "Ginnesin Rekordlar Kitabı"na düşə bilər - VİDEO - FOTOLAR

12 сентября 2017 15:28

Day.Az представляет новость на азербайджанском языке

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "Paryaşiy most" piyada estakadası "Ginnesin Rekordlar Kitabı"na düşə bilər.

Milli.Az xəbər verir ki, bir neçə gün əvvəl Rusiya prezidenti Vlaidimir Putinin iştirakı ilə rəsmi açılışı olmuş estakada şəhərin "Zaryadye" parkı ərazisində yerləşir.

Qeyd edək ki, estakada azərbaycanlı mütəxəssislər tərəfindən həm layihələndirilib, həm də inşa edilib. Belə ki, "Paryaşiy most" Azərbaycanın "Hidrotexniki və nəqliyyat qurğularının layihələndirilməsi üzrə Hidrotransproyekt elmi-tədqiqat mərkəzi" MMC-nin Moskvadakı filialı olan "Hidrotransproyekt İnstitutu" QSC-nin mütəxəssisləri tərəfindən layihələndirilib. Piyada estakadasının tikintisi Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" (keçmiş "Azərkörpü") tərəfindən aparılıb.

"Hidrotexniki və nəqliyyat qurğularının layihələndirilməsi üzrə Hidrotransproyekt elmi-tədqiqat mərkəzi" MMC -nin, eləcə də piyada estakadası layihəsinin baş mühəndisi Qulam Əliyev Milli.Az-a bildirib ki, hələlik dünyada bu cür qurğunun analoqu yoxdur: 

"Dünyada konsolunun uzunluğu 70 m olan heç bir estakada və ya tikili yoxdur. Adətən əgər hər hansı bir qurğunun konsolunun uzunluğu 20 m-dən çoxdursa, o, unikal qurğu hesab edilir. Λ şəkilli "Paryaşiy most"un konsolunun uzunluğu isə 70 m-dir və bu göstəriciyə görə, o, "Ginnesin Rekordlar Kitabı"na düşə bilər".

Qeyd edək ki, şirkət 2010-2013-cu illərdə Kazan şəhərində də 6 yol otürücünü, eləcə də 1 körpünü layihələndirib və körpünün inşasında iştirak edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanlıların Moskvada tikdiyi

Посещение парка

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.