Bakı Metropoliteni məktəblilərə sürpriz edəcək

13 сентября 2017 16:23

Day.Az представляет новость на азербайджанском языке

"Bakı Metropoliteni balacaları bu il də unutmayıb. 15 sentyabrda, Bilik Günündə məktəblilərimizlə yenə görüşüb hədiyyələrimizi verəcəyik. İlk görüşümüz saat 11:00-da "28 may"" stansiyasında olacaq".

Bu barədə Day.Az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib:

Şöbə rəsinin sözlərinə görə, hədiyyələr aşağı sinif şagirdləri üçün nəzərdə tutulub: 

"Aşağı sinif şagirdlərinə yaşından asılı olmayaraq hədiyyə veriləcək. Təəssüf ki, məhdudiyyət hədiyyələrin sayı ilə bağlıdır. Belə bizim yalnız 200-ə yaxın hədiyyəmiz olacaq. Ona görə də, kimlər ki, deyilən vaxtda "28 May" stansiyasında olsa, hədiyyələr onlara da qismət olacaq"

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.