Banqladeş sərhədini keçməyə çalışan 102 müsəlman qaçqın çayda batdı

13 сентября 2017 20:07

Day.Az представляет новость на азербайджанском языке

Avqust ayının sonundan bu günə qədər Myanmarın Rohingya əyalətindən olan ən azı 102 müsəlman qaçqın Banqladeş sərhədini keçmək istəyərkən ölüb.  

Day.Az APA-ya istinadən xəbər verir ki, onların hamısı Myanmar-Banqladeş sərhədindəki Naf çayında boğulublar.

Qeyd edək ki, qaçqınlar nasaz vəziyyətdə olan və həddən artıq yükləndiyi üçün tab gətirməyib batan qayıqlarla sərhədi keçməyə çalışırlar.

Banqladeş bölgəsinin polis əməkdaşı bildirib ki, cəsədlərdən 7-si tapılıb.
 
Bildirilir ki, Myanmar hadisələrinə görə, avqustun 25-dən indiyədək ümumilikdə 400 nəfər ölüb, 370 min nəfər isə Banqladeşə qaçmağa müvəffəq olub.  
 
Qeyd edək ki, Myanmar ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində yerli müsəlmanlara hücumları nəticəsində son bir həftədə çoxlu sayda müsəlman öldürülüb. Onlarla kənd yandırılıb, on minlərlə müsəlman təhlükəsizlik məqsədilə bölgədən qaçmağa çalışır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.