Dünyada məşhur bloqqer Azərbaycan reperlərini dinləyib heyrətə gəldi - VİDEO

13 сентября 2017 20:09

Day.Az представляет новость на азербайджанском языке

"Youtube"da müxtəlif ölkələrin musiqilərini dinləyib reaksiyasını bildirən Mat Salleh adlı bloqqer Azərbaycan reperlərini də dinləyib.

Milli.Az bildirir ki, ilk dəfə Azərbaycan musiqisini dinləyən bloqqer çox təəccüblənib.

Uran, Xpert, Okaber, Paster, MC Bus, YAP10 kimi son illərdə parlayan gənc rep sənətçilərini dinləyən Mat onların hər birini bəyənib. O, sözlərinə ölkəmizdə çox fərqli tərzdə sənətçilərin olduğunu əlavə edib.

Bloqqer həmçinin repimizin çox güclü olduğunu, bu musiqi janrı ilə tanınan digər ölkələrdən heç də geri qalmadığını bildirib.

Mat Salleh-in dinləyib fikirlərini bildirdiyi bir neçə videonu təqdim edirik:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
AZERBAIJAN RAP FIRST REACTION - Paster x Dost x OD - 1st Class