AFFA-dan Ayxan Abbasova xəbərdarlıq

13 сентября 2017 20:34

Day.Az представляет новость на азербайджанском языке

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

Day.Az qol.az-a istinadən xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının IV turunun oyunlarında baş verənlər müzakirə olunub.

İclasda yeganə xoşagəlməz məqamla bağlı qərar da verilib. "Qəbələ" ilə səfər matçının 90+1-ci dəqiqəsində oyunun baş hakiminə sərt etiraz edən "Zirə"nin baş məşqçisi Ayxan Abbasova xəbərdarlıq edilib. Bu hal yenidən baş verəcəyi təqdirdə məşqçi cəzalanacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.