Azərbaycanda yeni oyun yaradıldı

14 сентября 2017 17:52

Day.Az представляет новость на азербайджанском языке

Gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların bilik və bacarıqlarının artırılması, hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması, strategiya qurmaq və intellektual inkişafa dəstək olmaq məqsədilə "Poliqon" Strateji İntellekt oyunu yaradılıb. 

Day.Az oxu.az-a istinadən xəbər verir ki, 2015-ci ilin fevral ayından yola çıxan Strateji İntellekt Oyunu çoxsaylı test oyunlarından sonra 5 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi tərəfindən 9107 nömrəli Şəhadətnamə ilə qeydiyyata alınmış və 2 ildən artıq müddətdir ki, Zərdab rayon Gənclər və İdman İdarəsi tərəfindən Gənclər Mərkəzində mütəmadi olaraq keçirilir.

Oyun bu məqsədləri özündə birləşdirən yeganə intellektual layihədir. 

Xatırladaq ki, ideyanın müəllifi İlkin Əliyevdir.

Cari ilin payız aylarından başlanaraq oyunun ölkə miqyaslı yarışlarına start veriləcək.

Oyunun qaydaları isə aşağıdakı kimidir:

- Hər bir oyunda 2,4,6,8,10 və dava artıq cüt sayda komandalar iştirak edir.
- Hər bir komandanın tərkibi 6 əsas və 2 ehtiyat oyunçu olmaqla, 8 nəfərdən ibarətdir. 
- Komandalar mübarizəni 6 nəfərlə aparırlar.
- Oyun 4 əsas və zərurət yaranarsa, əlavə ekstra mərhələdə keçirilir.

I mərhələ: Kəşfiyyat mərhələsi.

Bu mərhələnin məqsədi növbəti mərhələlərdə strateji gedişləri müəyyən etmək üçün rəqibin güclü və zəif fərdlərinin müəyyən olunmasıdır.

II mərhələ: Hədəf mərhələsi. 

Bu mərhələnin məqsədi rəqib komandanın zəif fərdindən istifadə edərək, öz komandasının üstünlüyünü təmin etməkdir.

III mərhələ: Girov mərhələsi.

Bu mərhələnin məqsədi rəqib komandanın ən güclü fərdini oyundan kənarlaşdıraraq, gücünü zəiflətməklə, öz komandasının üstünlüyünü təmin etməkdir.

IV mərhələ:  Zəfər mərhələsi.

Bu mərhələnin məqsədi komandaların ən güclü fərdlərindən istifadə edərək, öz üstünlüklərini təmin etməsidir.

V mərhələ: Ekstra mərhələsi.

Bu mərhələ üç mərhələnin sonunda komandaların balları eyni olarsa, oynanılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.