Evdə şam hazırlamağın sadə üsulu

Day.Az представляет новость на азербайджанском языке

Həm dekorasiya, həm də müəyyən zamanlarda ehtiyacdan evuimizdə mütləq şam saxlayırıq.

Day.Az ailem.az-a istinadən mailiyyət ilə evdə necə sadə üsulla şam hazırlaya biləcəyiniz barədə məsləhət verir.

Bu şamları həm özünüz istifadə edə bilər, həm də dostlarınıza hədiyyə edə bilərsiniz.
 
Lazım olanlar
 
100 qr stearin  (mağazalardan ala bilərsiniz)
1 kilogram parafin (əttarlardan ala bilərsiniz)
Rəngləndirici (şam rəngi )
Təmiz pambıqdan ip ya da şam fitili
Çiçək nektarı
 
Hazırlanması
 
Qatı halda olan parafini bir qabın içində alçaq xodda əridin. Onun içərisinə stearini əlavə edin. Maye  hala gələnə qədər qarışdırın, içinə rəngləndirici olaraq şam rəngini əlavə edin. Rəngləndirici ilə birlikdə çiçək nektarını da əlavə edin. Çünki çiçək ətri şamı yandırdığınızda ətrafa gözəl qoxu yayacaq.
 
Evdə hazırlanan şam necə bir şamdana qoyulmalıdır?
 
Hazırladığınız şamı şüşə və ya keramik şüşəyə hətta fərqli bir tərz yaratmaq istəsəniz; qoz, ya da portağal qabığının içinə tökə bilərsiniz.  Yaxud fantaziyanızı işə salıb fərqli vasitələrdən də yararlana bilərsiniz.
Şam üçün hazır olan mayeni qaba tökməzdən əvvəl ipi yerləşdirin və sonra mayeni əlavə edin.

 

Bir az otaq istiliyində gözlətdikdən sonra donması üçün soyuducuya qoyun.

Şamınız hazırdır!

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.