Masazırda insident: qonşular silaha əl atdılar

Day.Az представляет новость на азербайджанском языке

Qonşular arasında mübahisə silahlı insidentə səbəb olub.

Day.Az bildirir ki, hadisə gecə saatlarında Abşeron rayonu Masazır qəsəbəsində baş verib. Vüqar Seyidovla qonşusu Xəyyam Baxşəliyev arasında mübahisə yaranıb. Mübahisəyə Vüqar Seyidovun Xəyyam Baxşəliyevin eyvanına baxması səbəb olub. Yaranmış mübahisə zamanı Xəyyam Baxşəliyev evində olan 5 açılan tüfəngini gətirərək, eyvandan havaya 1 dəfə atəş açıb.

Bu barədə dərhal ərazi üzrə Abşeron rayon polis idarəsinə məlumat verilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində Xəyyam Baxşəliyev saxlanılıb. O, dindidilərkən bildirib ki, evində qardaşı ilə mübahisə edərkən eyvana çıxıb. Bu zaman qonşusunun onun hərəkətlərini izləməsi xoşuna gəlməyib və məlum hadisəni törədib.

Xəyyam Baxşəliyevin evinə baxış keçirən polis ordan cinayətdə istifadə etdiyi silahı aşkar edərək götürüb. İlkin ifadəsində saxlanılan şəxs qonşusunu öldürmək niyyəti ilə yox, qorxutmaq üçün atəş açdığını deyib.

Xəyyam Baxşəliyev barəsində Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam edir. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Masazırda insident: qonşular silaha əl atdılar