Kredit Zəmanət Fondu nə ilə məşğul olacaq?

Day.Az представляет новость на азербайджанском языке

Kredit Zəmanət Fondu artıq 3 ay sonra fəaliyyətə başlayacaq. Dövlət başçısının bununla bağlı fərmanını ekspertlər Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı baxımından önəmli hadisə hesab edirlər. Çünki yeni yaradılacaq fond həm kreditlərə zəmanət verəcək, həm də onların bir hissəsinin öz üzərinə götürəcək. Day.Az bildirir ki, iqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə bu, bankların kreditləşmə siyasətində yeni bir səhifədir.

Rəşad Həsənov bildirir ki, xüsusilə bölgələrdəki sahibkarlar öz daşınmaz əmlaklarını belə banklara qoyaraq kredit əldə edə bilmirdilər. Ancaq Kredir Zəmanət Fondunun yaradılması ilə bu problem aradan qalxacaq və sahibkarlar heç bir girov qoymadan kredit əldə edə biləcəklər. Bunun üçün onlar kredit məbləği və görəcəyi işlər barədə banka müraciət edəcəklər. Banklar isə onların istəklərini zəmanət fonduna ötürəcək. Fondun tövsiyyə etdyi və zəmanət verdiyi həcmdəki kreditlər isə kiçik və orta sahibkarlara təqdim olunacaq.

Kredit Zəmanət Fondunun ən əsas faydalarından biri isə sahibkara təqdim olunan faizlərin bir qismini fondun öz üzərinə götürməsidir. Məsələn 26 faizlik bir kredit verilərkən onun bir hissəsinin fond tərəfindən subsidiyalaşdırması bu faizi sahibkar üçün əhəmiyyətli dərəcədə aşağı bir rəqəmə endirəcək.

Onu da qeyd edək ki, Kredit Zəmanət Fondu ictimai əsaslarla fəaliyyət göstərəcək və 7 nəfərlik Müşahidə Şurası mövcud olacaq. Müşahidə Şurasının üzvləri maliyyə ilə əlaqədar olan 7 ayrı dövlət orqanı və qeyri-hökümət təşkilatlarının nümayəndələrindən ibarət olacaq..Onlar qurumun fəaliyyətinə ictimai nəzarəti həyata keçirəcəklər. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Kredit Zəmanət Fondu nə ilə məşğul olacaq?