Bakıda avtobus sürücülərinin özbaşınalığı bitmir

Day.Az представляет новость на азербайджанском языке

Avtobus sürücüsü sərnişinlərə kobud cavab verərək onları deyilən ünvana aparamayacığını bildirir.

Nəticədə də sürücü ilə sərnişinlər arasında mübahisə yaranır. Day.Az bildirir ki, hadisə səhər saatlarında Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində 185 saylı marşurt avtobusunda baş verib. Sərnişinlər sürücüyə bildirirlər ki, onları təyin olunan marşurt xətti üzrə aparsın. Ancaq, sürücü buna etiraz edərək xəttə çıxmayacağını bildirir.
Məsələ ilə bağlı 185 saylı marşurt avtobusunun sürücüsü Telman Məmmədovla görüşüb bunun səbəbini soruşduq. O iddia edir ki, həmin vaxt xəttə çıxmazdan əvvəl yanacaqdoldurma məntəqəsinə girib. Bu zaman isə 4 sərnişin avtobusa əyləşərək onları Pirşağı qəsəbəsinə aparmağını bildirib.

185 saylı marşurt avtobusunun sahibkarı Qurbanəli İsmayılov da bu məsələdə sürücünün günakar olmadığını və ona heç bir cəza verilməyəcəyini bildiridi. Ancaq görüntülərə diqqət etdikdə aydın bilinir ki,sürücü ilə sərnişinlər arasında yaranan mübahisə sürücünün idda elədiyi kimi yanacaqdoldurma mətəqəsində yox yolun hərəkət hissəsinin kənarında baş verib. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda avtobus sürücülərinin özbaşınalığı bitmir - 15.09.2017