Aralıq dənizində həyat mübarizəsi - 2550 nəfər ölüb, 14 210 nəfər xilas edilib

15 сентября 2017 23:20

Day.Az представляет новость на азербайджанском языке

Beynəlxalq Miqrasiya Təşkilatı bu ilin 1 yanvardan 13 sentyabra qədər Aralıq dənizi vasitəsilə Avropaya qaçmaq istəyən 2550 miqrantın öldüyünü açıqlayıb.

Day.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 128 min 863 miqrant isə sağ olaraq Avropaya çata bilib.

Bundan başqa, 14 210 nəfər isə dənizdən boğulmaqdan xilas edilib.

Avropaya qaçmaq istəyənlərin daha çox Nigeriya, Qvineya və Banqladeşdən olduğu bildirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.