Bakıda bu küçə də genişlənir - VİDEO

15 сентября 2017 23:39

Day.Az представляет новость на азербайджанском языке

Günün pik saatlarında tıxac yaranan yol genişləndilir.

Day.Az bildirir ki, Yasamal rayonu Abdulvahab Salamzadə küçəsində olan yolun genişləndirilməsinə ötən gündən başlanılıb.

Artıq ərazidə eni 2 metr olmaqla 376 metr ərazidə yaşıllıq kolları və bordürlər götürülüb, yol yatağı hazırlanıb və asfaltlama işlərinə başlanılıb. Düşünülür ki, işlər başa çatdıqdan sonra ərazidə yaranan tıxaclar əhəmiyyətli dərəcədə azalacaq.

Qeyd edək ki, genişəndirmə işi yolun yalnız Yasamal rayon polis idarəsinin qarşısındakı hissədə aparılacaq. Digər tərəfə toxunulmayacaq. İşlərin növbəti həftənin əvvəlinə kimi yekunlaşdırılması planlaşdırılır. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Baklda bu küçə də genişlənir