Dünyanın ən təhlükəli virusu

15 сентября 2017 23:18

Day.Az представляет новость на азербайджанском языке

Yer kürəsində ən təhlükəli virus hepatit virusu hesab olunub.

Day.Az Trend-ə istinadən bildirir ki, bu virus HİV, malyariya və vərəm viruslarından daha çox ölümə səbəb olur.

Qeyd olunur ki, hər il 1,3 milyon adam hepatitin qurbanı olur.

Tuberkulyozdan ildə 1,2 milyon, HİV-dən 1 milyondan çox, malyariyadan isə 719 min adam həlak olur.

Hepatiti təhlükəli edən məsələ bu virusdan ölüm hallarının azalması yox, əksinə artmasıdır.

Son illər ərzində hepatitdən ölüm halları 22 faiz artıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.