İŞİD London metrosundakı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb

Day.Az представляет новость на азербайджанском языке

İŞİD terror qruplaşması Londonun "Parsons Green" metrostansiyasında baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ekstremistlərin informasiya fəallığının monitorinqini aparan "SITE" saytı xəbər yayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Böyük Britaniyanın paytaxtı Londonda "Pasons Green" metrostansiyasında partlayış baş verib. Partlayış nəticəsində 29 nəfər xəsarət alıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.