Bakı bu göstəriciyə görə dünyada lider şəhərlərdən biridir

Day.Az представляет новость на азербайджанском языке

Aparılan araşdırmalardan sonra açıqlanan son beynəlxalq reytinqə görə, Bakı dünyanın turistlərə ən çox mənzil təklif edən şəhərləri sırasındadır.

Bu barədə Milli.Az-a açıqlamasında Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib.

Büro sözçüsü qeyd edib ki, Bakı hətta əhalisinin mənzillərini turistlərə ən çox kirayə verən dünyada ilk 3 şəhərdən biridir: "Azərbaycanda bu sahədə qanunvericiliyin liberal olması, vergi güzəştləri və s. vətəndaşların kirayə ev fəaliyyətinə, burada çoxsaylı hostellərin açılmasına geniş imkan verir. Bu isə ölkəyə kiçik büdcəli tursitlərin cəlb olunmasında mühüm amillərdən biridir".

K.Quluzadə həmçinin əlavə edib ki, Bakı ictimai-siyasi sabitliyi və turistlərin təhlükəsliyinin qorunması baxımından da öncül şəhərlərdən biri hesab edilir. Son zamanlar ölkəmizə, xüsusilə də Bakıya gələn tursitlərin sayının artmasının səbəblərindən biri də məhz budur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.