Bakıda qadını avtomobil vurub

16 сентября 2017 09:37

Day.Az представляет новость на азербайджанском языке

Bakıda qadını avtomobil vurub.

Day.Az Report-a istinadən xəbərinə görə, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, Ziya Bünyadov prospektində yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Sadıqova Lamiyə İdeal qızını minik avtomobili vurub. Nəticədə qadın ağır xəsarət alıb. O, hadisəni törədən sürücü tərəfindən xəstəxanaya yerləşdirilib.

Həkimlər L.Sadıqovanın vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.