Bakıda binanın girişində kişi meyiti tapılıb

Day.Az представляет новость на азербайджанском языке

Bakının Suraxanı rayonunda, Yeni Günəşli qəsəbəsində kişi meyiti tapılıb.

"Report"un məlumatına görə, qəsəbənin "D" yaşayış sahəsinin sakini, 60 yaşlı Sabir Səmədovun meyiti bu gün səhər saatlarında yaşadığı 13 saylı binanın blokunda aşkarlanıb.

Dərhal bu barədə Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə məlumat verilib. Qonşular mərhumun tüfeyli həyat keçirdiyini, həmişə içkili vəziyyətdə olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, S.Səmədovun oğlu Rauf Səmədov 2009-cu il oktyabrın 2-də özünü yaşadığı evin 9-cu mərtəbəsindən ataraq intihar etmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.