Ana 12 yaşlı qızını zorlayan məşuqunu bıçaqladı

Day.Az представляет новость на азербайджанском языке

Qadın evində yaşayan sevgilisini 6 yerindən bıçaqlayıb.

Milli.Az "Metro"ya istinadla bildirir ki, yuxudan ayılanda sevgilisini çılpaq halda 12 yaşlı qızının üstündə tapan qadın sevgilisini ölümcül yaralayıb.

O, sevgilisinin sinəsinə 5 bıçaq zərbəsi vurub, 6-cısını isə başına endirib. Qadın daha sonra polisə zəng edib. O, hadisə yerinə gələn polislərə təfərrüatları danışıb. Adı açıqlanmayan qadın onu qısqandığı üçün bıçaqladığını etiraf edib.

Cleveland.com-da verilən məlumata görə, uşaq polislərə ifadəsində bildirib ki, kişi onu zorlamazdan əvvəl qulağına: "sevgilin olanda sənə belə edəcək", - deyib.

Oğlan xəstəxanaya yatırılıb. Onun vəziyyəti ağırdır. Hadisə ilə bağlı araşdırma aparılır. Hələ ki, həbs edilən yoxdur.

Hadisə Amerikanın Ohio ştatının Klivlend şəhərində baş verib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.