Pakistanda namus üstündə görünməmiş cəza: Qızla oğlanı elektrik stuluna bağladılar

16 сентября 2017 10:25

Day.Az представляет новость на азербайджанском языке

Pakistanın Kəraçi şəhərində aşiq yeniyetmələrin qohumları cütüyü elektrik stulunda edam edib.

Publika.az xəbər verir ki, bu haqda "Evening Standard" yerli polisə istinadən bildirib.

Tibbi ekspertiza zamanı 15 yaşlı qızın və 17 yaşlı oğlanın bədənində elektrik və başqa işgəncə izləri müəyyən edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ailələrinin icazəsi olmadığı halda gənclərin bir-birinə qoşulub qaçmaq istəməsi üzündən cəzalandırıldıqlarını açıqlayıb.

Belə hallar Pakistanda tez-tez baş verir. Ailələr erkən yaşda eşqə düşən gənclərin namusa ləkə gətirdiyini düşünərək şərəflərini "ölümlə təmizləyirlər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.