Tovuz sakininə toy baha başa gəldi

Day.Az представляет новость на азербайджанском языке

Tovuz rayonunda toydan sərxoş çıxan şəxs xəsarət alıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Məmmədov Tural Elşad oğlu kənd ərazisində keçirilən toy mərasimində içki qəbul edib. Toydan çıxan zaman o, içkili olduğu üçün müvazinətini itirib yıxılıb. Hadisə nəticəsində T.Məmmədovun ayağı sınıb.

Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.