Nazir oğlunun ölüm səbəbi bilindi

16 сентября 2017 10:59

Day.Az представляет новость на азербайджанском языке

Xəbər verdiyimiz kimi, ötən gün Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu Rövşən Camalov Türkiyədə özəl xəstəxanaların birində dünyasını dəyişib.

Day.Az xəbər verir ki, qafqazinfo.az nazir oğlunun vəfatı ilə bağlı bəzi məlumatları əldə edib. R. Camalov uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Nazir oğlunun həyatını xilas etmək mümkün olmayıb. Nəticədə ötən gün Türkiyədəki xəstəxanaların birində dünyasını dəyişib.

44 yaşlı Camalov dövlət sektorunda çalışmayıb. Onun Bakıda özəl biznesi olub.

Ailəlidir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.