Çörək sexində bədbəxt hadisə

16 сентября 2017 11:04

Day.Az представляет новость на азербайджанском языке

Ağdaş sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 16-da gecə saat 05:00 radələrində Ağdaş şəhərində fəaliyyət göstərən çörəkbişirmə sexlərinin birində baş verib.
 
Rayon sakini, 1991-ci il təvəllüdlü Quliyev Ceyhun Xalid oğlu işlədiyi sexdə köhnə elektrik naqili ilə ehtiyatsız davranıb. Nəticədə cərəyan onu vuraraq öldürüb.
 
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.