Gənc aktrisa anasını rüsvay etdi: Anam, 7 yaşımdan bəri mənə mini ətək geyindirir

Day.Az представляет новость на азербайджанском языке

Gənc aktrisa Ariel Vinter verdiyi son müsahibədə anasına qarşı ağır ittihamlar səsləndirib.

Milli.Az xəbər verir ki, rol aldığı "The Modern Family" adlı serialla ulduzu parlayan 19 yaşlı aktrisa Ariel Vinter, "The Hollywood Reporter"ə açıqlama verib.

Gənc aktrisa, anası Kristal Vorkmanın onu hələ uşaqkən yaşından çox böyük, hətta bir gənc qadın kimi geyindirdiyini qeyd edib.

"Anam yeddi yaşımdan bəri..."

Ariel Vinter: "Anam 7 yaşımdan bəri mənə mini ətəklər və dərin yarıqlı əlbisələr geyindirir. Hələ 12 yaşım olanda insanlar mənim 24 yaşlı qız olduğumu düşünürdülər. Əminəm ki, o yaşlarda çılpaq səhnələrə çəkilmək təklifi edilsəydi, anam böyük bir həvəslə bunu da qəbul edərdi" , - sözlərini fikirlərinə əlavə edib.

Anasını məhkəməyə vermişdi

Gənc Vinter anası ilə çəkişməli bir məhkəmə prosesi də yaşayıb. 2012-ci ildə təcavüzə məruz qaldığı üçün anasının yaşadığı evdən çıxan Vinter iki il öncə də valideyini ilə olan bağlarını hüquqi yolla tamamilə kəsib.

Maraq üçün bildirək ki, Ariel Vinter o dönəmdə özündən 22 yaş böyük bacısı Şanelle Qrayın evinə köçmüşdü.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.