Tofiq Zülfüqarov adı hallanan qəzadan danışdı - "İfadə vermişəm..."

16 сентября 2017 13:10

Day.Az представляет новость на азербайджанском языке

Xətai rayonunda piyadanın ölümü ilə nəticələnən qəzaya Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov münasibət bildirib.

Day.Az xəbər verir ki, eks-nazir qafqazinfo-ya açıqlamasında qeyd edib ki, sözügedən qəzayla bağlı ona qarşı heç bir cinayət işi açılmayıb:

"Hadisə sentyabrın 14-ü baş verib, şahid qismində ifadə vermişəm. Kameralarda da görünür ki, maşının yan güzgüsünə dəyib". 

Qeyd edək ki, piyada Uğur Vəliyev Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun idarə etdiyi "Mercedes" markalı avtomobilin yan güzgüsü ilə vurulub, daha sonra üstündən Rasim Əskərovun idarə etdiyi "Ford" markalı yük maşını keçib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.