"Azərbaycan beynəlxalq arenada erməni təxribatlarının qarşısını almaqda davam edəcək"

16 сентября 2017 13:09

Day.Az представляет новость на азербайджанском языке

"Azərbaycan beynəlxalq arenada erməni təxribatlarının qarşısını almaqda davam edəcək".

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev bu gün keçirlən mətbuat konfransında deyib.

Nazir müavini xatırladıb ki, sentyabrın 11-14-də Moskvada keçirilən "WorldFood Moscow" Beynəlxalq Ərzaq Sərgisində ermənilər Ermənistanın stendinin qarşısında tanınmayan "Dağlıq Qarabağ Respublikası"nın bayrağını yerləşdirməyə cəhd ediblər.

S.Babayev əlavə edib: "Biz dərhal bu təxribatın qarşısını ala bildik".

Xatırladaq ki, sentyabrın 11-də "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisinin ilk günü ermənilər tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin bayrağının yerləşdirilməsinə cəhd edilib.

Azərbaycan nümayəndə heyətinin, Azərbaycanın Rusiyadakı səfirliyinin birgə fəaliyyəti və operativ müdaxiləsi nəticəsində növbəti erməni təxribatının qarşısı alınıb və bayraq sərgidən yığışdırılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.