İngiltərə mətbuatı "Qarabağ"dan videoçarx hazırladı

Day.Az представляет новость на азербайджанском языке

"Qarabağ"ın Çempionlar Liqasında qruplara qalmasından sonra təmsilçimiz bütün diqqətləri özünə cəlb edib. Qitənin saysız-hesabsız media orqanları ağdamlılar haqqında yazılar dərc edir, sosial şəbəkələrdə təmsilçimiz barədə xəbərlər və videolar paylaşılır.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məsələyə biganə qalmayanlarda biri İngiltərənin "Copa90" nəşri olub. "Youtube" kanalında "Qarabağ" barədə geniş məlumat verən nəşr təmsilçimizin 1993-cü ildən - Ağdamın işğalından sonra köçkün həyatı yaşamasından xəbər verib. Həmçinin təmsilçimizin ev oyunlarını doğma şəhərindən kənarda - paytaxtda keçirdiyi qeyd olunub. Həmkarlarımız Ağdam klubunun son illərdəki uğurlarından da bəhs edib.
 
Həmin videonu təqdim edirik.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
İngiltərə mətbuatı