366 ədəd partlamamış sursat aşkarlanıb - FOTO

16 сентября 2017 13:21

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) tərəfindən Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində 4 əkin sahəsinə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

ANAMA-dan Day.Az-a verilən xəbərə görə, 366 ədəd partlamamış hərbi sursat (PHS), 149 ədəd partlamış-yanmış mərmi qalıqları və 1460 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 189,000 kv.m (18.90 ha) ərazi yoxlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.