İlk dərs günü qəzaya qurban getdi

Day.Az представляет новость на азербайджанском языке

Dünən Ucar rayonunda baş verən dəhşətli qəzada həyatını itirən iki azyaşlının fotosu yayılıb.

Day.Az Axar.az-a istinadən bildirir ki, sentyabrın 15-də saat 17 radələrində Ucar rayonunun Müsüslü kəndində dəhşətli yol-nəqliyyat hadisəsi vaş verib. Bakı şəhər sakini Elmin Hüseynovun idarə etdiyi "Toyota" markalı avtomobili yolayırıcısına çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlərdən 6 yaşlı Ucal Elmin oğlu Hüseynov və 4 yaşlı Firdovsi Elmin oğlu Hüseynov hadisə yerində ölüblər. Digər 2 sərnişin isə xəstəxanaya yerləşdirilib. Məlumata görə, 6 yaşlı Ucal dünən ilk dəfə məktəbə gedibmiş.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.