Bakıda tutulan qadının 14 cinayət əməli üzə çıxdı

16 сентября 2017 13:46

Day.Az представляет новость на азербайджанском языке

Bakıda 14 nəfərə qarşı dələduzluq edən dəstə üzvləri saxlanılıb.

Day.Az DİN-ə istinadən xəbər verir ki, dələduzluq etməkdə şübhəli bilindiyinə görə tutulan Dürrə İsmayılovanın və Rəşad Mustafayevin ətraflarında Xətai RPİ-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə bü şəxslərin 2015-ci ilin avqust ayından cari il may ayınadək olan müddətdə Bakı şəhər sakinləri olan 14 nəfəri aldadaraq ümumilikdə 34150 manat dəyərində qızıl-zinət əşyalarını mənimsəmələri müəyyən edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.